IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVI turun növbəti oyunları keçirilib

05 Mar 2026 19:42 3 baxış
IMG

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, qadınların yarışında "Gənclər" komandası "Milli Aviasiya Akademiyası"na 0:3 (14:25, 19:25, 13:25) hesabı ilə məğlub olub.

"Gəncə" kollektivi isə evdə UNEC-i üstələyib - 3:0 (25:17, 25:22, 25:22).

Kişilərin mübarizəsində isə

"Azərreyl" "Murov Az Terminal"a 2:3 (25:20, 22:25, 25:18, 20:25, 8:15) hesabı ilə uduzub.

Xəbər lenti