IMG-LOGO

Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

05 Mar 2026 19:54 3 baxış
IMG

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində "Oracle" şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşüb.

"Report" xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı Azərbaycanla "Oracle" arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirin sözlərinə görə, həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları, Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti