IMG-LOGO

Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkəti tam dayandırıldı

05 Mar 2026 19:06 4 baxış
IMG
0 0

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb.

Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

“Məlumat verildiyi kimi, martın 5-də Naxçıvan Muxtar Respublikasına İranın ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar keçirilib.

Naxçıvan Muxtar Respublikasının Beynəlxalq hava limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib”, - məlumatda qeyd olunub.

İran Azərbaycan sərhədd İranın Naxçıvana hücumu

Xəbər lenti