Bu ilin fevral ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 50,21 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 5,43 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstərici ilə müqayisədə 23,58 faiz bəndi azdır.
Beləliklə "Samsung"un bazar payı illik ifadədə 32 % azalıb.
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 2,62 faiz bəndi azalaraq, illik isə 11,85 faiz bəndi artaraq 23,27 % təşkil edib.
Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 3,07 faiz bəndi, illik isə 4,75 faiz bəndi artaraq 10,18 % təşkil edib.
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,61 faiz bəndi, illik isə 2,46 faiz bəndi artaraq 7,16 % olub.