IMG-LOGO

Almaniyada axtarışda olan ukraynalı keçmiş deputat saxlanılıb

05 Jan 2026 18:00 7 baxış
IMG

Almaniyada hüquq-mühafizə orqanları Ukraynada "çirkli pullar"ın yuyulmasında ittiham edərək axtarışa verilən Ali Radanın 8-ci çağırış keçmiş deputatını saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Məlumatda soyad qeyd edilməsə də, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, söhbət Petro Poroşenkonun "Blok" fraksiyasından olan keçmiş millət vəkili Ruslan Demçakdan gedir.

Ukrayna Dövlət İstintaq Bürosu xatırladıb ki, keçmiş deputat 2023-cü ildə fond birjasında manipulyasiyaya kömək və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında şübhəli bilinib.

Hüquq-mühafizə orqanları qeyd edir ki, o, cinayət yolu ilə əldə edilmiş vəsaitlərlə maliyyə əməliyyatları həyata keçirib. Söhbət fond birjasındakı fırıldaqçılıqdan əldə edilən 1 milyard qrivnadan çox vəsaitin leqallaşdırılmasından gedir.

Xəbər lenti