IMG-LOGO

İlker Ayrık və Şevket Çoruh Dubaydan çıxa bilmirlər - SƏBƏB

02 Mar 2026 16:52 7 baxış
IMG
1 0

Türk kinosunun sevilən aktyorları İlker Ayrık və Şevket Çoruh Dubayda baş verən hadisələr səbəbindən ölkəyə qayıda bilməyiblər.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, İlker Ayrık sosial şəbəkədə paylaşım edərək ailəsinin də onunla birlikdə olduğunu bildirib.

O açıqlamasında belə deyib: “Hamınıza məlum olan səbəblərdən dolayı qayıda bilmirik. Ailəm də mənimlədir. Uşaqlar bir az dərsdən geri qalırlar. Ümid edirəm müəllimləri bizi anlayar”.

Şevket Çoruh isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Hadisələrlə bağlı bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

maqazin hadisə

Xəbər lenti