"QatarEnergy" İranın hücumları səbəbindən bir sıra şəhərlərdəki zavodda mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını dayandırıb.
"Report" xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində bildirilib.
"QatarEnergy"nin Ras-Laffan sənaye şəhərində və Mesaid şəhərində fəaliyyət göstərən obyektlərinə edilən hərbi hücumlarla əlaqədar olaraq şirkət LNG və onunla əlaqəli məhsulların istehsalını dayandırıb", - şirkətin mətbuat xidməti qeyd edib.
Məlumata görə, bu tədbirlər İranın Qətərin "QatarEnergy"yə məxsus enerji infrastrukturuna zərbə endirməsindən sonra görülüb.
"QatarEnergy" Qətərin dövlət neft-qaz şirkətidir və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçılarından biridir.