IMG-LOGO

Qordon Birrel Bakıya işgüzar səfərə gəlib

02 Mar 2026 16:55 4 baxış
IMG

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda birgünlük planlaşdırılmış işgüzar səfərdədir.

Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

Bildirilib ki, Q. Birrelin Bakıya əvvəlki müntəzəm səfərlərində olduğu kimi, bu dəfə də onun proqramına şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək daxildir.

Səfər proqramı çərçivəsində Q. Birrel Azərbaycanın Baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə də görüşüb. Bu görüşlərdə BP-nin Azərbaycanda icraçısı olduğu enerji layihələrinin irəliləyişi, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.

Xəbər lenti