IMG-LOGO

İranın hücumlarından sonra ölən amerikalı hərbçilərin sayı dördə çatıb

02 Mar 2026 16:58 4 baxış
IMG

İranın hücumları nəticəsində həlak olan amerikalı hərbçilərin sayı dördə çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Məlumata görə, dörd amerikalı hərbçi döyüşdə həlak olub. İranın ilk hücumları zamanı ağır yaralanan dördüncü hərbçi sonradan ölüb", - məlumatda qeyd olunub.

Məlumatda həmçinin əsas döyüş əməliyyatlarının, eləcə də cavab tədbirlərinin davam etdiyi bildirilib.

Xəbər lenti