Kiberpank elmi fantastikanın alt janrı kimi hazırda əsl intibah dövrünü yaşayır. “High tech, low life” (yüksək texnologiya, aşağı həyat səviyyəsi) estetikası alqoritmlərin, korporasiyaların və rəqəmsal nəzarətin üstünlük təşkil etdiyi müasir reallığa getdikcə daha da yaxınlaşır. Geniş tanınan layihələrlə yanaşı, antiutopik gələcəyin mövzularını daha dərindən və radikal şəkildə araşdıran seriallar da mövcuddur.
Lent.az xarici mediaya istinadla baxmağa dəyəri olan kiberpank janrında 4 serialı təqdim edir.
“Cyberpunk: Edgerunners” – Trigger studiyasının anime hiti olub, hadisələr Cyberpunk 2077 oyununun kainatında cərəyan edir.
Yoxsulluq səbəbindən muzdlu döyüşçüyə çevrilən gəncin hekayəsi aqressiv vizual üslub və dərin faciəviliyin vəhdəti ilə tənqidçiləri heyran edib.
“Max Headroom” – Zamanını onilliklər qabaqlayan layihədir. 1980-ci illərdə yaradılan serial viral kontent, influenserlər və media alqoritmlərinin hökmranlığı dövrünü qabaqcadan proqnozlaşdırıb.
Baş qəhrəman korporativ korrupsiya ilə mübarizə aparan jurnalistin istehzalı rəqəmsal avatarıdır.
“Mr. Robot”– Kiberpankın klassik ideyalarını müasir dövrə daşıyan texno-trillerdir. Hakerliyin realist təsviri və kapitalizmin psixoloji təhlili sayəsində serial müasir klassikaya çevrilib.
Rami Malek dünya iqtisadiyyatını “sıfırlamağa” çalışan təcrid olunmuş dahini canlandırır.
“Pantheon” – “Yüklənmiş şüur” mövzusuna fokuslanan animasiya dramıdır. Serial rəqəmsal ölümsüzlüyün etik və sosial nəticələrini ətraflı təhlil edir.
Burada vəfat etmiş insanların şüuru texnoloji nəhənglər arasında qlobal münaqişələrin alətinə çevrilir.
Bu layihələr yalnız vizual zövq təqdim etmir, eyni zamanda rəqəmsal cəmiyyətimizin hansı istiqamətə doğru hərəkət etdiyi barədə ciddi düşüncələr yaradır.
Xatırladaq ki, daha əvvəl türk seriallarının niyə bağlana biləcəyi barədə yazmışdıq. Bu gün onlar 170 ölkədə yayımlanır və dünya üzrə tamaşaçı sayı bir milyarda yaxınlaşır.
elmi fantastika filmləri