Livan hökuməti "Hizbullah" qruplaşmasından silahı təhvil verməyi tələb edib və döyüş əməliyyatları aparmağı qadağan edib.
"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, Livanın Baş naziri Nəvaf Salam Beyrutun ərazisindən həyata keçirilən istənilən hərbi əməliyyatları qəti şəkildə rədd etdiyini bildirib.
"Biz "Hizbullah"a hərbi fəaliyyət göstərməyi qadağan edirik və onun rolunu siyasi sahə ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan bu qərarın icrasını təmin etmələrini tələb edirik", - Salam deyib.
Baş nazir hökumətin 2024-cü ildə İsraillə əldə olunmuş atəşkəs razılaşmasına və danışıqların bərpasına sadiqliyini təsdiqləyib.