IMG-LOGO

Kipr İran PUA-sının Britaniya hərbi bazasına düşməsi səbəbindən Aİ nazirlərinin iclasını təxirə salıb

02 Mar 2026 14:23 4 baxış
IMG

Kipr İranın pilotsuz uçuş aparatının Britaniyaya məxsus Akrotiri hərbi aviabazasına düşməsi səbəbindən Avropa məsələləri üzrə nazirlərin qeyri-rəsmi iclasını təxirə salıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiprin Aİ-dəki sədrliyinin saytında məlumat verilib.

Bildirilib ki, martın 2-3-də Nikosiyada Aİ ölkələrinin Avropa məsələləri üzrə nazirlərinin, Avropa Komissiyası və Avropa Parlamentinin nümayəndələrinin, eləcə də namizəd ölkələr və Böyük Britaniyadan olan iştirakçıların görüşü planlaşdırılmışdı.

Bundan başqa, Aİ ölkələrinin Avropa məsələləri üzrə nazirlərinin Ukrayna və Moldova ilə qeyri-rəsmi görüşlər keçirməsi, bu ölkələrdəki islahatlar və üzvlük prosesi ilə bağlı məsələlərin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Kipr yanvarın 1-dən etibarən Avropa İttifaqı Şurasına sədrlik edir və bu, 2026-cı il iyunun 30-dək davam edəcək.

Xəbər lenti