Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Bəhreyn limanında iki naməlum mərminin gəmiyə dəydiyini bildirib.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə UKMTO-nun veb-saytında deyilir.
Nəticədə gəminin göyərtəsində yanğın baş verib.
"Yanğın söndürülüb, gəmi limandadır. Ekipajın bütün üzvlərinin həyatı üçün təhlükə yoxdur, onlar gəmidən təxliyə ediliblər", - məlumatda deyilir.