IMG-LOGO

Britaniya Akrotiri bazasında həyəcan siqnalından sonra təyyarələri havaya qaldırıb

02 Mar 2026 14:58 3 baxış
IMG

Kiprdəki Akrotiri Böyük Britaniya hərbi hava bazasında hava hücumu xəbərdarlığı siqnalı işə düşüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kiprin "TV CyBC" telekanalına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniya həyəcan siqnalından sonra hərbi təyyarələri havaya qaldırıb.

Daha əvvəl Kiprdəki Akrotiri Britaniya aviabazasına İran dronu ilə zərbə endirildiyi bildirilmişdi. Təsdiqlənməmiş məlumatlara görə, zərbə "Shahed-136" kamikadze dronu ilə endirilmiş ola bilər. Britaniya bazalarında "təhlükəsizlik təhdidi" rejimi elan edilmişdi.

Kipr isə öz növbəsində Avropa işləri üzrə nazirlərin martın 2-3-ü Nikosiyada keçirilməsi planlaşdırılan qeyri-rəsmi iclasını təxirə salıb.

Xəbər lenti