Hörmüz boğazı və ona bitişik sular malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yollarıdır, bununla əlaqədar Çin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninə istinadən bildirib.
Onun sözlərinə görə, Çin tərəfləri münaqişənin daha da şiddətlənməsinə yol verməməyə çağırır, Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazırdır.