ABŞ və İsrail dünən İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Rza Nəcəfi jurnalistlərə bəyan edib.
"Dünən onlar yenidən İranın zəmanət altında olan dinc məqsədli nüvə obyektlərinə hücum ediblər", - o bildirib.
Nəcəfi xüsusilə Natanzdakı nüvə obyektinin zədələndiyini vurğulayıb. Həmin kompleks ötən ilin iyununda da ABŞ və İsrailin avizəzərbələrindən zərər görmüşdü.