IMG-LOGO

İraqda "Şeyxan" neft yatağının işi dayandırılıb

02 Mar 2026 13:51 9 baxış
IMG

İraqda fəaliyyət göstərən "Gulf Keystone" neft şirkəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İraq Kürdüstanı regionundakı "Şeyxan" neft yatağının işini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Misir KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, qərar ehtiyat tədbiri olaraq qəbul edilib. Şirkətdən işin dayandırılma müddəti və qərarın hasilata təsiri barədə ətraflı məlumat verilməyib.

KİV-lər bildirib ki, "Şeyxan" neft yatağı İraq Kürdüstanında ən mühüm yataqlardan biridir, bu da hasilatın dayandırılması qərarına iqtisadi aspekt verir.

Xəbər lenti