IMG-LOGO

Fransanın BƏƏ-dəki hərbi-dəniz bazasına PUA ilə hücum edilib

02 Mar 2026 14:04 3 baxış
IMG

Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi-dəniz bazasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirildiyini təsdiqləyib.

"Report" xəbər verir ki, o bunu mətbuat konfransında bəyan edib.

Nazir şəxsi heyət arasında itki olmadığını bildirib.

"Dünən Əbu-Dabi limanını hədəf alan PUA-nın hücumu nəticəsində BƏƏ-dəki hərbi-dəniz bazamızın anbarı zədələnib; xoşbəxtlikdən, ziyan yalnız maddi xarakter daşıyır", - o bəyan edib.

Xəbər lenti