IMG-LOGO

Olimpiya çempionu: "Azərbaycanlı mütəxəssislər hər zaman öz sözlərini deyiblər"

02 Mar 2026 12:42 2 baxış
IMG

Azərbaycanlı mütəxəssislər hər zaman öz sözlərini deyiblər.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev bildirib.

O, Məşqçilərin Forumunda fikirlərini bölüşüb:

"Bu tədbiri çoxdan gözləyirdik. Bu peşənin, ixtisasın arxasında yaxşı idmançının olması vacibdir. SSRİ çempionatında çıxış etmişəm. Gənc, yeniyetmə yaşlarımda Azərbaycandakı mütəxəssislərin sayəsində yer tuturdum. Hər regionda olimpiya kompleksinin olması sevindirici haldır. Olimpiya çempionlarımızın da əksəriyyəti regionlardadır. Uzun müddət olmasa da, məşqçiliklə məşğul olmuşam. 2020-ci ildə yığmanın baş məşqçisi təyin olundum. Həmin vaxt bəzi məşhur idmançılar karyeralarını bitirmişdilər. Həm də pandemiya dövrünə təsadüf etdi. Məşqçilərimiz və idmançılarımız özlərində güc tapdılar. Bizim məşqçilərimiz hər zaman öz sözlərini deyiblər".

N. Abdullayev yerli mütəxəssisin rəhbərliyi altında olimpiya çempionu olduğunu xatırladıb:

"Qurban Qurbanov uzun illərdir "Qarabağ" komandasında işləyir, nailiyyətlər əldə edir. Möhtəşəm qələbələrə imza atıblar".

Xəbər lenti