"Amazon Web Services" (AWS) bulud xidmətinin BƏƏ-dəki məlumat mərkəzlərindən biri yanğın səbəbindən sıradan çıxıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Amazon"un bəyanatına istinadən məlumat yayıb.
Şirkət bildirib ki, AWS məlumat mərkəzində yanğın baş verib və müəyyən əşyalar obyektə dəydikdən sonra elektrik enerjisi kəsilib.
"Amazon" təfərrüatları açıqlamayıb, lakin KİV qeyd edib ki, məlumat mərkəzi İranın zərbələrindən biri nəticəsində zədələnib.