IMG-LOGO

Qırmızı Aypara Cəmiyyəti İranda ölənlərin sayının 555-ə çatdığını açıqlayıb

02 Mar 2026 12:51 2 baxış
IMG

İsrail və ABŞ-nin İranda birgə hərbi əməliyyatının başlanmasından bəri həlak olanların sayı 555-ə çatıb.

"Report" qərb KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatları İranın Qırmızı Aypara Cəmiyyəti açıqlayıb.

"ABŞ və İsrailin zərbələri nəticəsində İranda ümumilikdə 555 nəfər həlak olub", - məlumatda bildirilib.

Bundan əlavə, mövcud məlumatlara görə, hücumlar nəticəsində ölkənin 131 şəhərində dağıntılar və zərər qeydə alınıb.

Xəbər lenti