Ras-Tannurda pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi əməliyyatı nəticəsində mülki əhali arasında zərər çəkən yoxdur.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi Türki əl-Maliki "Al Arabiya" telekanalına açıqlamasında deyib.
"Mülki şəxslər arasında itki yoxdur. Dron qalıqları neft emalı zavodunda yanğına səbəb olub", - o bildirib.
11:19
İranın "Shahed-136" dronları Ras-Tannurada (Səudiyyə Ərəbistanında şəhər) "Saudi Aramco" şirkətinin ən böyük neft emalı zavoduna (NEZ) hücum edib.
Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, İran Səudiyyə Ərəbistanının kritik enerji infrastrukturu obyektinə - "Aramco" şirkətinin Ras-Tannura şəhərindəki neft emal zavoduna hücum etmək üçün "Shahed-136" pilotsuz uçuş aparatlarından istifadə edib.
Şahidlər zavodun ərazisində güclü partlayışlar və yanğınlar barədə xəbər verirlər, obyektin üzərindən qatı tüstü qalxır.
"Times of Israel"in məlumatına görə, pilotsuz uçuş aparatının zərbəsi obyektdə yanğına səbəb olub, yanğını lokallaşdırmaq mümkün olub.