IMG-LOGO

Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində 7 medal qazanan cüdoçuları təbrik edib

02 Mar 2026 09:38 3 baxış
IMG

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

R.Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, "Böyük Dəbilqə"də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.

Xəbər lenti