İsrail Müdafiə Ordusu Livanda "Hizbullah" qruplaşmasının mövqelərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə"Times of Israel" nəşri məlumat yayıb.
Qeyd olunub ki, axşam saatlarında Hayfada və onun ətrafında sirenalar səslənib. Bundan qısa müddət sonra İsrail Müdafiə Ordusu təsdiq edib ki, təşvişə səbəb olan raket atəşinin mənbəyi İran deyil, Livan olub.
Hərbi mənbələrin məlumatına görə, Hava Hücumundan Müdafiə vasitələri ilə bir raket və iki pilotsuz uçuş aparatı ələ keçirilib. Ən azı iki raket açıq əraziyə düşüb.