IMG-LOGO

KİV: Kiprdəki Britaniya hərbi bazalarında təhlükəsizlik təhdidi elan edilib

02 Mar 2026 05:50 3 baxış
IMG

Kiprin xarici əraziləri olan Akrotiri və Dekeliyada yerləşən Britaniya hərbi hava bazalarında təhlükəsizlik təhdidi elan edilib.

"Report" xəbər verir ki, bu barədə Kiprin "Cyprus Mail" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, yerli vaxtla gecə yarısından bir az əvvəl (Bakı vaxtı ilə 02:00) baş verib. Baza heyətinə təhlükə barədə məlumat verilib, onlara evlərinə qayıtmaq və növbəti xəbərdarlığa qədər evdə qalmaq tapşırılıb.

Bundan əlavə, heyətə növbəti xəbərdarlığa qədər pəncərələrdən uzaqlaşmaq və möhkəm, ağır mebellərin arxasında və ya altında gizlənmək əmri verilib.

"Sky News" xəbər verir ki, hərbi baza pilotsuz uçuş aparatı olduğu ehtimal edilən hücuma məruz qalıb.

Bazada Britaniya Silahlı Qüvvələrinin tərkibində 4 mindən çox hərbi qulluqçu və onların ailə üzvləri xidmət edir. Onlar əsasən "RAF Akrotiri" bazasında yerləşdirilib. Həmin baza Kral Hərbi Hava Qüvvələrinin müxtəlif bölmələrinə ev sahibliyi edir. Burada döyüş, nəqliyyat təyyarələri və kəşfiyyat vasitələri yerləşdirilib.

Xəbər lenti