IMG-LOGO

Vuçiç: Serbiya Avropa İttifaqı yolunu sürətləndirmək üçün əlindən gələni edəcək

01 Mar 2026 23:46 2 baxış
IMG

Serbiya Avropa İttifaqı yolunu sürətləndirmək üçün əlindən gələni edəcək, amma bu asan olmayacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Una"ya müsahibəsində deyib.

O bildirib ki, bu, siyasət sahəsində razılaşmalar tələb edir: "Kosovo və Metoxiya məsələsi və Rusiyaya münasibət Avropa inteqrasiyası prosesində əsas siyasi mövzulardır. Biz sürətlə irəliləmək üçün əlimizdən gələni edəcəyik, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qanunlarını qəbul edəcəyik və Venesiya Komissiyasının fikrini gözləyəcəyik".

Xəbər lenti