IMG-LOGO

Bilalhəbaşi Nəzərov "Strandja" beynəlxalq turnirində ikinci olub

01 Mar 2026 20:21 3 baxış
IMG

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə "Strandja" beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.

"Report" Boks Federasiyasına istinadən xəbər verir ki, Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.

O, yarışı gümüş medalla başa vurub. Beləliklə, milli turniri 2 mükafatla bitirib.

Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.

Xəbər lenti