IMG-LOGO

İran İsrailə növbəti raket zərbələri dalğasına başlayıb

01 Mar 2026 04:18 2 baxış
IMG

İran İsrail ərazisinə yeni raket zərbələri dalğasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Daha sonra məlumat İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən təsdiqlənib.

İMQ-nin mətbuat xidmətindən bildirilib ki, Hava Hücumundan Müdafiə qüvvələri hədəflərin zərərsizləşdirilməsi istiqamətində iş aparır. Ölkənin bir sıra rayonlarında, o cümlədən şimal və mərkəzi hissələrində hava həyəcanı elan edilib.

Bundan əvvəl İranın zərbələri nəticəsində Təl-Əvivdə bir nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.

Xəbər lenti