IMG-LOGO

Əbu-Dabidə hava limanına PUA hücumu nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb

01 Mar 2026 03:48 3 baxış
IMG

Əbu-Dabidəki Zayed Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücum nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyinin Hava Limanları İdarəsinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Əbu-Dabi rəhbərliyi Zayed Beynəlxalq Hava Limanına dron vasitəsilə edilən hücuma reaksiya verir. Hadisə nəticəsində bir nəfər Asiya ölkəsi vətəndaşı həlak olub, yeddi nəfər isə xəsarət alıb", - məlumatda qeyd olunub.

Xidmətdən bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat daha sonra təqdim olunacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Xəbər lenti