IMG-LOGO

Avropa Komissiyasının İranla bağlı iclası keçiriləcək

01 Mar 2026 00:25 2 baxış
IMG

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen martın 2-də İran ətrafında baş verən hadisələrlə bağlı növbədənkənar iclas keçirəcək.

"Report" xəbər verir ki, AK sədri bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"İrandakı mövcud vəziyyətlə əlaqədar bazar ertəsi təhlükəsizlik məsələləri üzrə kollegiyanın xüsusi iclasını çağırıram", - deyə AK rəhbəri yazıb.

Fon der Lyayen vurğulayıb ki, regional təhlükəsizlik və sabitlik üçün İranın regiondakı tərəfdaşlara hücumları nəticəsində gərginliyin daha da artmaması son dərəcə vacibdir.

Xəbər lenti