IMG-LOGO

Tramp: Endirilən zərbələr nəticəsində İran rəhbərliyinin bir çox üzvü həlak olub

01 Mar 2026 01:03 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam Respublikasının rəhbərliyinin bir çox nümayəndəsinin həlak olduğunu bəyan edib.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə "ABC News" telekanalına müsahibəsində bildirib.

"Onların bir çoxu həlak olub. Hamısını tanımırıq, amma sayları çoxdur. Bu, çox güclü zərbə idi", - deyə o qeyd edib. İran rəhbərliyinin növbəti tərkibi barədə suala cavabında isə Tramp: "Bəli, orada kimlərin olacağı ilə bağlı çox yaxşı təsəvvürümüz var", - deyib.

Bundan əlavə, Ağ Ev rəhbəri vurğulayıb ki, İsrail-ABŞ əməliyyatı "nə qədər istəsələr, o qədər" davam edə bilər.

"Lakin artıq xeyli ziyan vurulub. Əslində, onlar fəaliyyət qabiliyyətini itiriblər", - Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Xəbər lenti