Tehranda ABŞ və İsrailin bugünkü zərbələri nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xameneinin oğlu və gəlininin həlak olduğu bildirilib.
"Report" İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhər şurasının üzvü Meysəm Müzəffər bəyanat verib.
Onun sözlərinə görə, zərbə nəticəsində ali rəhbərin oğlu Seyid Müctəba Xamenei və həyat yoldaşı həlak olub.