IMG-LOGO

İMQ: ABŞ və İsrail İranda 500-dən çox hədəfə zərbə endirib

28 Feb 2026 22:27 2 baxış
IMG

İsrail hərbçiləri əməliyyata 200-dən çox təyyarə cəlb edərək İranda 500 hədəfi vurub.

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti İsrail Müdafiə Qüvvələrinə (İMQ) istinadən məlumat yayıb.

İsrail hərbçiləri zərbələrin iki dalğa şəklində endirildiyini qeyd ediblər.

"İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları yüzlərlə mərmi ataraq eyni vaxtda İranın bir sıra bölgələrində yerləşən hava hücumundan müdafiə sistemləri və raket qurğuları da daxil olmaqla, təxminən 500 hədəfə zərbələr endirib", - məlumatda bildirilib.

Bundan əvvəl İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bəyan etmişdi ki, İsrail hərbçilərinin İrana qarşı əməliyyatda məqsədi İslam Respublikası tərəfindən İsrail üçün yaranan "ekzistensial təhlükə"ni aradan qaldırmaqdır.

Xəbər lenti