IMG-LOGO

BAEA: Yaxın Şərqdə radioloji vəziyyətdə dəyişiklik qeydə alınmayıb

28 Feb 2026 20:40 2 baxış
IMG

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrailin və ABŞ-nin İrana hücumları fonunda Yaxın Şərqdə radioloji vəziyyətdə dəyişiklik qeydə almayıb.

"Report" xəbər verir ki, bu, BAEA-nın bəyanatında qeyd olunub.

"BAEA Yaxın Şərqdə hadisələrin inkişafını diqqətlə izləyir və region əhalisi üçün nüvə təhlükəsizliyinə hər hansı təhdidlərin qarşısını almaq üçün təmkinli olmağa çağırır. Agentlik region ölkələri ilə daimi əlaqədədir və hələlik hər hansı radioloji təsirə dair heç bir sübut yoxdur", - sənəddə bildirilib.

Bəyanatda həmçinin agentliyin vəziyyəti izləməyə davam edəcəyi və ictimaiyyəti məlumatlandıracağı vurğulanıb.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.

Bundan əlavə, İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BAEA İdarə Heyətinin növbədənkənar təcili iclasının keçirilməsini tələb edib.

Xəbər lenti