İsrail Müdafiə Qüvvələri (İMQ) İranın strateji müdafiə sisteminə kütləvi zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
"İMQ kəşfiyyat məlumatlarına əsaslanaraq İran rejiminə məxsus strateji müdafiə sisteminə kütləvi zərbə endirib. Zərbələrdən biri İranın qərbində, Kirmanşah bölgəsində yerləşən müasir "SA-65" hava hücumundan müdafiə (HHM) sisteminə yönəldilib", - məlumatda qeyd edilib.