IMG-LOGO

Küveyt aeroportuna PUA hücumu olub, yaralananlar var

28 Feb 2026 19:57 3 baxış
IMG

Küveyt Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücum nəticəsində bir neçə əməkdaş yüngül yaralanıb, 1 saylı terminalda isə məhdud dərəcədə zərər qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

"PUA Küveyt Beynəlxalq Hava Limanına hücum edib, nəticədə bir neçə əməkdaş cüzi xəsarətlər alıb, 1-ci terminala isə məhdud miqyasda maddi ziyan dəyib", - məlumata bildirilib.

Xəbər lenti