ABŞ-nin Küveytdəki Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb, raketlər Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud Əbdüləziz əl-Otaybi açıqlama verib.
"Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb. Bu gün səhər Küveyt hava hücumundan müdafiə qüvvələri onları uğurla zərərsizləşdirib, qalıqları bazanın yaxınlığına düşüb", - o qeyd edib.
13:22
Küveytdə partlayış səsləri eşidilib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera Arabic" məlumat yayıb.
Məlumata görə, həyəcan siqnalları işə düşüb.