IMG-LOGO

Tokayev İran ətrafındakı gərginliklə bağlı güc strukturlarına tapşırıq verib

28 Feb 2026 16:09 3 baxış
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasına və güc strukturlarına İranda vəziyyətin gərginləşməsi ilə bağlı mümkün təhdidlərə görə tədbirlər planını təqdim etməyi tapşırıb.

"Report"un məlumatına görə, bunu prezidentin müşavir-mətbuat katibi Aybek Smadiyarov bəyan edib.

"Prezident Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının katibi Qizat Nurdauletova güc strukturlarının və müvafiq nazirliklərin rəhbərləri ilə birlikdə İran ətrafında vəziyyətin gərginləşməsini və ölkəmizdə sabit vəziyyətə təhdid əlamətlərinin yaranması mümkünlüyünü nəzərə alaraq hazırlanmış təcili tədbirlər planını təqdim etməyi tapşırıb", - Qazaxıstan prezidentinin mətbuat katibi öz Telegram kanalında bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə bütün güc strukturları artıq sutkalıq iş rejiminə keçirilib.

Xəbər lenti