IMG-LOGO

BMT-nin insan haqları komissarı Yaxın Şərqdəki hərbi zərbələri pisləyib

28 Feb 2026 17:03 3 baxış
IMG

BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk şənbə günü Yaxın Şərqə endirilən zərbələri pisləyib və bütün tərəfləri "ağıllı davranmağa" və danışıqlara qayıtmağa çağırıb.

"Report" xəbər verir ki, o, bəyanatında İsrail və ABŞ-nin İran ərazisinə endirdiyi hərbi zərbələri, eləcə də Tehranın sonrakı cavab tədbirlərini pisləyir.

"İstənilən silahlı münaqişədə olduğu kimi, son nəticədə ən ağır bədəli mülki əhali ödəyir", - Türk vurğulayıb.

Onun sözlərinə görə, raketlər və bombalar fikir ayrılıqlarının həlli yolu deyil və yalnız "ölüm, dağıntı və insan əzablarına" gətirib çıxarır.

"Mülki əhali üçün bu dəhşətli nəticələrin qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırır və ağıllı davranmağa, gərginliyi azaltmağa və hələ bir neçə saat əvvəl diplomatik həll yolunun fəal şəkildə axtarıldığı danışıqlar masasına qayıtmağa çağırıram", - o vurğulayıb.

Xəbər lenti