IMG-LOGO

İsrail xaricdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

28 Feb 2026 15:30 2 baxış
IMG

İsrail xaricdəki vətəndaşlarını israillilərə qarşı mümkün terror aktları ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

"İranla qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar İsrailin Milli Təhlükəsizlik Şurası xaricdəki bütün israilliləri dünyanın istənilən ölkəsində ehtiyat tədbirlərinə riayət etməyə çağırır", - o, öz telegram kanalında yazıb.

Xəbər lenti