Danimarkanın Baş naziri Mette Frederiksen ölkədə növbədənkənar seçkilərin martın 24-də keçiriləcəyini elan edib.
Bu barədə "Report" "Politico"ya istinadən xəbər verir.
"Mən Kral Frederikə seçkilərin martın 24-də keçirilməsini tövsiyə etdim", – Frederiksen Kopenhagendə Danimarka parlamentinin plenar iclası zamanı deputatlara bildirib.
Hazırkı çağırış parlamentinin səlahiyyət müddətinin bitməsinə bir ildən az vaxt qaldığından, seçkilər ən gec oktyabrın 31-dək keçirilməli idi.
Lakin səsvermə tarixinin dəyişdirilməsi qərarı, ehtimal ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı təhdidləri nəticəsində Fredriksenin hakim Sosial-Demokrat Partiyasına dəstəyin kəskin artmasına əsaslanır.
Çıxışında Frederiksen Kopenhagen ilə Vaşinqton arasındakı gərginliyə toxunub və martdakı seçkilərə qədərki dövrdə onun müvəqqəti hökumətinin ayıq-sayıq olacağını bildirib.