IMG-LOGO

Əksər yerlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

26 Feb 2026 16:59 3 baxış
IMG
0 1

Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Hava proqnozu

Xəbər lenti