Ötən il Azərbaycan 10,51 milyon ABŞ dolları dəyərində 6 min 598 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 70 % azdır.
Hesabat dövründə Azərbaycan Belçikadan 9,52 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 37 % çox) 6 min 241 ton (+41 %), Çindən 384 min ABŞ dolları dəyərində (+18 dəfə) 166 ton (+28 dəfə), İsveçrədən 199 min ABŞ dolları dəyərində (+6 min 633 dəfə) 76,23 ton (+7 min 600 dəfə), Cənubi Koreyadan 140 min ABŞ dolları dəyərində (-24 %) 71 ton (+8 %), Amerika Birləşmiş Ştatlarından 61 min ABŞ dolları dəyərində (+3 dəfə) 7,2 ton (+8 dəfə) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyadan tədarük (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 21 871 ton kerosinin 69,4 %-i Türkmənistanın payına düşüb.