IMG-LOGO

Ömer Bolat: "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı strateji tərəfdaşlığın nümunəsidir"

26 Feb 2026 13:14 3 baxış
IMG

Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı dünya ölkələri üçün strateji tərəfdaşlığın nümunəsidir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Gürcüstanın Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

O, üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb: "Enerji, nəqliyyat, dəniz limanı və hava limanı əməliyyatları, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Hökumət rəsmilərinin əsas vəzifəsi isə biznes üçün əlverişli mühit yaratmaq, investisiya və ticarət sahəsində mövcud maneələri aradan qaldırmaqdır".

Türkiyəli nazirin sözlərinə görə, qonşu ölkələr ilk növbədə yaxın tərəfdaşlarla ticarət əlaqələrini inkişaf etdirirlər: "Bu baxımdan, Azərbaycan və Gürcüstan ilə Türkiyə arasında daha sıx iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi vacibdir. Üç ölkə arasında əməkdaşlıq təkcə qonşuluq münasibətlərinə deyil, həm də dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Ölkələr bir-birindən iqtisadi və ticari baxımdan asılı olan tərəfdaşlar kimi çıxış edir.

Ö.Bolat qeyd edib ki, Bakı-Tbilisi–Ceyhan neft kəməri, Baku-Tbilisi-Ərzurum qaz kəməri və Baku–Tbilisi–Qars dəmir yolu kimi layihələr region ölkələri arasında iqtisadi və enerji əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir: "Bu layihələr Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi əməkdaşlığının "qızıl layihələri" hesab olunur və regionun iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynayır".

Xəbər lenti