IMG-LOGO

Belçika Antverpen limanında hava hücumundan müdafiə sistemi yerləşdirəcək

26 Feb 2026 13:26 2 baxış
IMG

Belçika Avropada ikinci ən iri limanı - Antverpendə hava hücumundan müdafiə sistemi (HHM) quraşdıracaq.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever bəyan edib.

"Antverpen limanında hava hücumundan müdafiə sistemi quraşdırılacaq. Bu, artıq sifariş verilmiş NASAMS tipli sistemdir", - o bildirib.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, HHM sisteminin ilk hissəsi 2027-ci ildən etibarən fəaliyyətə başlayacaq və bu, limanın ərazisinin təxminən üçdə ikisini qorumağa imkan verəcək.

Xəbər lenti