IMG-LOGO

Azərbaycanda bu tarixdə doğulanlara 1000 manat verilir? - Nazirlikdən CAVAB

26 Feb 2026 12:44 2 baxış
IMG
2 0

"Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır".

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - məlumatda qeyd olunub.

Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Hadisələr Sosial nazirlik

Xəbər lenti