ABŞ vətəndaşlarının təxminən 61 %-i İranı rəqib sayır, hər 10 amerikalıdan 6-sı isə İslam Respublikasını ümumiyyətlə düşmən dövlət adlandırır.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" "Pearson Institute/AP-NORC" sorğusunun məlumatlarına istinadən məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, yaşlı amerikalıların 48 %-i İranın nüvə proqramının Birləşmiş Ştatlara birbaşa təhlükə yaratmasından "son dərəcə" və ya "çox" narahatdır. Bu göstəricilər ötən illə müqayisədə demək olar ki, dəyişməyib.
Sorğunun məlumatlarına görə, ümumilikdə ABŞ cəmiyyətinin İrana münasibəti mənfi olaraq qalır, yaşlı nəsil arasında isə belə qiymətləndirmələr xeyli daha güclü ifadə olunur.
Hər 10 sorğu iştirakçısından təxminən 6-sı İranı ABŞ-nin "düşməni" adlandırır. Təxminən hər 10 respondentdən 3-ü ölkələrin "dost olmayan, lakin düşmən də olmayan" statusunda olduğunu hesab edir. Yalnız hər 10-cu İranı "dost ölkə" və ya "yaxın müttəfiq" kimi qəbul edir.
Sorğu həmçinin aydın nəsil fərqini qeydə alır. 45 yaşdan kiçik amerikalılar arasında respondentlərin təxminən yarısı İranı düşmən adlandırır, 45+ yaş qrupunda isə bu fikrə hər 10 respondentdən təxminən 7-si tərəfdar çıxır. Oxşar dinamika nüvə təhlükəsinin qiymətləndirilməsində də müşahidə olunur: yüksək narahatlıq səviyyəsini gənc amerikalıların yalnız təxminən üçdə biri ifadə edir, yaşlı nəsil arasında isə bu rəqəm hər ondan təxminən altıdır.