IMG-LOGO

Rusiya Xarkovun 13 yaşayış məntəqəsinə aviazərbələr endirib, 16 nəfər yaralanıb

26 Feb 2026 13:05 2 baxış
IMG

Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Ukraynanın Xarkov vilayətinin 13 yaşayış məntəqəsinə bir sıra aviazərbələr endirib, nəticədə 2 uşaq daxil olmaqla 16 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov öz teleqram kanalında bildirib.

Onun məlumatlarına əsasən, zərbələrin endirilməsi üçün 4 "İskəndər" raketi, 3 idarə olunan aviasiya bombası, həmçinin müxtəlif tipli təxminən 40 pilotsuz uçuş aparatı istifadə edilib.

Hücumlar nəticəsində Xarkov şəhərində və vilayətdə bir sıra çoxmənzilli binalara, fərdi yaşayış evlərinə, avtomobillərə və digər tikililərə ziyan dəyib.

Xəbər lenti