IMG-LOGO

Polşa hərbi təyyarələri Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda havaya qaldırılıb

26 Feb 2026 10:30 4 baxış
IMG

Polşanın növbətçi hərbi təyyarələri Rusiyanın Ukraynadakı aktivliyi fonunda havaya qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Rusiyanın Ukrayna ərazisinə növbəti kütləvi hücumu ilə əlaqədar bizim hava məkanımızda Polşa və müttəfiq Hərbi Hava Qüvvələrinin əməliyyatları başlayıb. Silahlı Qüvvələrin Əməliyyat komandanı sərəncamında olan zəruri qüvvə və vasitələri səfərbər edib", - məlumatda qeyd olunub.

Bildirilib ki, qırıcılar və erkən xəbərdarlıq təyyarələri döyüş hazırlığındadır, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri isə yüksək hazırlıq rejiminə keçirilib.

"Bu tədbirlər cavab xarakter daşıyır, hava məkanının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsinə yönəlib", - məlumatda deyilir.

Xəbər lenti