Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb.
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib və siyahı genişlənməyə davam edir.